Alış-verişlərdə SMS doğrulama

22.01.2025

Alış-verişlərdə SMS doğrulama

Bildiyiniz kimi, illərdir "Trendyol Onay" kodunu KoliPlus sizin üçün ödənişsiz təmin edir. Bu, xaricdən alış-veriş edənlər üçün böyük bir üstünlükdür, çünki hər dəfə doğrulama kodu üçün vaxt və pul sərf etməkdən azad olurlar.

Amma bəzi alış-veriş saytları sifariş və ya qeydiyyat zamanı SMS doğrulama istəyir. Bu hallarda virtual nömrə xidmətlərindən istifadə edərək rahatlıqla istədiyiniz ölkədən nömrə əldə edə bilərsiniz. Aşağıdakı xidmətlər bu sahədə sizə kömək edə bilər:

  1. SMSOnayGo (smsonaygo.com): Bir çox ölkə üçün virtual nömrələr təklif edir və SMS doğrulama üçün istifadə edilə bilər.

  2. OnayTR (onaytr.com): Türk istifadəçiləri üçün xüsusi olaraq hazırlanmış bir platformdur və yerli nömrələr təklif edir.

  3. Numero Esim (numeroesim.com): Hem eSIM hem də virtual nömrə xidmətləri təklif edir. Bu xidmət, səyahətçilər üçün xüsusilə faydalıdır.

  4. Get Code (getcodeapp.com): Dünyanın müxtəlif ölkələrindən virtual nömrələr təqdim edən bir platformdur.

Bu xidmətlər ödənişlidir, lakin daima xaricdən alış-veriş edirsinizsə, bu nömrə xidmətləri çox köməyinizə çatacaq.

Bütün xəbərlər