İstifadəçi razılaşması

razılaşmanı oxumanızda fayda var

İstifadəçi Razılaşması

  1. “KoliPlus” MMC (Bundan sonra – “Daşıyıcı” vəya "KoliPlus") Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən “Xüsusi Lisenziya” ilə Azərbaycan Respublikası ərazisində “Sürətli poçt xidməti” vermək və Anbarlama xidməti göstərmək hüququna malikdir.
  2. “İstifadəçi” – www.koliplus.com saytından qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında yaşama hüququna malik xarici ölkə vətəndaşları və Azərbaycan Respublikasında vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdir.
  3. “Daşıyıcı”nın “İstifadəçi” qarşısında daşınma öhdəlikləri       

           3.1. “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərmək.

           3.2. Məhsulların Azərbaycana göndərişi həyata keçirildikdən sonra, Azərbaycan gömrüyündə lazımi prosedurları yerinə yetirərək bağlamaları Azərbaycan anbarında istifadəçiyə təhvilə hazır vəziyyətə gətirmək.

           3.3. Bağlamalar “daşıyıcının” anbarına daxil olduqdan sonra onu anbara daxil olduğu formada müştəriyə təhvil vermək.

           3.4. Daşıyıcı xarici anbara məhsul qəbul edərkən yalnız üzərində “fragile” və ya "kırılabilir" etiketi varsa, və müştəri qoruma xidmətindən istifadə edibsə, bağlamaları açıb, qırılıb-qırılmadığını yoxlayır, qırılmayıbsa xarici anbara qəbul edir.

           3.5. İstifadəçi istəyərsə, bağlama dəyərinin 10%-ni ödəyib bağlama üçün qoruma xidmətindən istifadə edə bilər. Qoruma xidmətindən istifadə edilmiş bağlamadakı məhsul zədəli və ya qırıq gəldiyi hallarda bağlamanın dəyəri sizin Koli balansınıza əlavə edilir.

           3.6. İstifadəçinin daşıyıcının anbarına yönləndirmiş olduğu bağlama anbara daxil olduqdan sonra istifadəçi bağlama hərəkətləri barədə KoliPlus.com saytı, email və ya SMS-lə məlumatlandırılır.

           3.7. Daşıyıcı istifadəçinin bağlaması yerli anbara daxil olduqdan sonra 15 gün ərzində həmin bağlamanı heç bir əlavə ödəniş almadan yerli anbarda saxlayır. Yerli anbarda gözləmə müddəti 15 günü keçmiş bağlamalar üçün 15 gündən sonrakı hər gün üçün 0.50 AZN olmaqla istifadəçidən anbarda saxlama xərci alınır.

           3.8. 2 ay ərzində KolİPlus anbarlarından təhvil alınmayan bağlamalar birmənalı olaraq daşıyıcı şirkətin sərəncamına keçir

           3.9. Daşıyıcı 1 gün öncədən bildirmək şərti ilə daşınma qiymətlərində dəyişiklik edə bilər.

           3.10. Xaricdən göndərilmiş bağlama gömrük yoxlanışı zamanı hər hansı bir səbəbdən saxlanıldığı halda daşıyıcı hər hansı bir məsuliyyət daşımır. 

           3.11. Müraciətiniz əsasında KoliPlusdakı balansınızın kartınıza çıxarışı 30 iş gününə qədər çəkə bilər.

           3.12. Maye, kosmetik, kimyəvi təmizləyici, qida əlavəsi, batareyalı və s. tipli məhsulların göndərişi xüsusi tariflərlə hesablanır və xüsusi reyslə həyata keçirilir. "Tariflər" və "Xidmətlər"  bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

      4. “İstifadəçinin” “Daşıyıcı” qarşısında öhdəlikləri

           4.1. İstifadəçi daşıyıcının anbarına yönləndirdiyi məhsul haqqında www.koliplus.com saytında bəyannamə əlavə etməlidir. Bəyannamə əlavə edərkən aşağıdakı məlumatları düzgün formada qeyd etmək istifadəçinin məsuliyyətindədir.

                  - Məhsulun dəyəri

                  - Məhsulun növü

                  - Xarici karqo şirkəti tərəfindən verilən izləmə nömrəsi

                  - Məhsulun invoysu

            4.2. İstifadəçinin daşıyıcı şirkətin anbarına yönləndirmiş olduğu bağlama “Xarici Anbarda” statusu aldıqdan sonra bağlamanın Azərbaycana göndərilməsi üçün bağlama haqqında məlumatlar istifadəçi tərəfindən Dövlət Gömrük Komitəsinin “Smart Customs” adlı mobil tətbiqetməsinə və ya www.e.customs.gov.az saytına daxil olaraq bəyan edilməlidir. İstifadəçi bilməlidir ki, Dövlət Gömrük Komitəsinə bəyan edilməmiş məhsulların Azərbaycana göndərilməsi həyata keçirilmir.

            4.3. İstifadəçi tərəfindən daşıyıcının xarici anbarına göndərilmiş məhsul “qırılan” məhsuldursa, bağlamanın üzərində “qırılan” (fragile) etiketi yoxdursa və qoruma xidmətindən də istifadə edilməyibsə, məhsulun daşınması zamanı daşınan məhsula zərər gələrsə, bunun məsuliyyətini istifadəçi daşıyır.

            4.4. Üzərində “fragile” etiketi olan və qoruma xidmətindən istifadə edilən bağlamalar təhvil alındığı zaman daşıyıcının ofisində açılmalı, əgər qırıq varsa, daşıyıcının nümayəndəsinin də iştirakı ilə aktlaşdırılmalıdır. Əks halda bütün məsuliyyət istifadəçiyə şamil olunacaq.

            4.5. Daşıyıcının yerli anbarına daxil olmuş bağlamalar 15 gün ərzində yerli anbardan təhvil alınmalıdır. Təhvil alınmadığı təqdirdə hər sonraki gün üçün 0.50 AZN anbarda saxlanma xərci hesablanır və daşınma haqqı ilə birlikdə anbarda saxlanma xərcinin də ödənməsi istifadəçinin öhdəliyindədir.

            4.6. İstifadəçinin özü tərəfindən sifariş verilərək xarici anbara yönləndirilmiş məhsulların keyfiyyətindən, rəngindən, ölçüsündən heç bir halda daşıyıcı məsul tutula bilməz.

            4.7. Müştəri sorğularının araşdırılma müddəti 30 iş günüdür, problemdən asılı olaraq əlavə məlumat verilərək vaxt 60 iş gününədək uzana bilər. 

            4.8. Daşınması qadağan olunan məhsullar daşıyıcının xarici anbarına göndərilərsə, bu məhsulların Azərbaycana göndərişi həyata keçirilmədiyi istifadəçi tərəfindən bilinir və bu məhsulların daşıyıcının balansına keçəcəyi qəbul edilir.

            4.9. Itirildiyi aktla təsdiq edildikdən sonra  bağlamanın kompensasiyası 60 iş günü ərzində həyata keçirilir. Kompensasiya prosesi eyni dəyərdə və ya dəyərinə yaxın əvəzləyici məhsulla, yaxud KoliPlus daşınma balansının artırılması şəklində baş tutur. İtən malın dəyəri müştərinin KoliPlus hesabında bəyan etdiyi məbləğ nəzərdə tutulmaqla kompensasiya edilir.  

           4.10. İstifadəçi bağlamasının itdiyini və ya itirildiyini iddia edərsə, mütləq şəkildə bağlamanın "KoliPlus" MMC-nin xarici anbarı tərəfindən təhvil alındığına dair imzalı sübut sənədini təqdim etməlidir. (Amerikada buna "Proof of Delivery with Signature", Türkiyədə isə "Islak İmzalı Tutanak" sənədi deyilir)
           4.11. İstifadəçi "KoliPlus" MMC-nin anbarına daxil olan bağlamalarda "KoliPlus" MMC-nin yoxlanış keçirməsinə və yenidən paketlənməsinə (birləşdirilməsinə, qutuların kiçildilməsinə) icazə verdiyini qəbul edir.

           4.12. Hər hansı bir tərəfinin ölçüsü İngiltərə və Çin bağlamasında 60 sm, Amerika, Almaniya və B.Ə.Ə. bağlamasında 80 sm, Türkiyə bağlamasında isə 100 sm və daha çox olarsa, bağlamanın çəkisi həm həcm, həm də fiziki çəkisi ilə hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır.(Həcmi çəki hesablanma qaydası: en*uzunluq*hündürlük/6000*daşınma qiyməti)

           4.12.1. Bağlamanın çəkisindən və ya ölçüsündən şübhələnildiyi təqdirdə KoliPlus-a aid anbarlarda yenidən ölçülüb çəkilə bilər. Bu halda ödəniş yenidən hesablanılır. 
           4.12.2. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.

           4.13. Address Line2 hissəsini alış-veriş etdiyiniz saytda qeyd etməyiniz mütləqdir! Əgər onlayn mağazada Address Line2 hissəsi yoxdursa, müştəri kodunuzu Address Line1 və apt/suit hissəsinə qeyd etməyinizi xahiş edirik. Əks halda bağlamanızın sistemə əlavə edilmə müddəti gecikə, hətta itə bilər.

           4.14. KoliPlus hesabınıza sizə aid olmayan bağlama daxil edilibsə, bu barədə mütləq KoliPlus müştəri xidmətlərinə məlumat verilməlidir. Əgər sizə aid olmayan bağlamanı Smart Customsda saxta məlumatlarla bəyan edib idxal etsəniz, "KoliPlus" MMC məlumatlarınızla birlikdə hüquq mühafizə orqanlarına müraciət edəcək. 

            4.15. Əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "KoliPlus" MMC-yə ödəməlidir.
            4.15.1. Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir.
            4.15.2. İstifadəçinin ödənməmiş bağlaması və ya borcu olarsa digər bağlamalar borc ödənilməyənədək təhvil verilmir.
            4.15.3. İstifadəçi xarici anbardan bağlamasını yaxınlaşıb götürmək istəsə, bağlamaya aid anbarda məhsulu qəbul edib, sistemə işləmə və "label" çıxarma xidmət haqqı ödənməlidir. Bu xidmət 1KG üçün 3$ təşkil edir. 
            4.16. Korporativ (VÖEN-lə qeydiyyatdan keçən) müştərilər üçün 10Kg-dan aşağı gətirilən yüklər üçün əlavə 19$ barkod xidmət haqqı hesablanır.
            4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir.
            4.17. Etik normalara riayət etməyən müştərilərə xidmət dərhal dayandırılır.
            4.18. "KoliPlus" MMC-dən istənilən xüsusi əmək tələb edən işlərə misal (hər hansı addan ada keçirmə ərizəsi, anbardan çıxarış ərizəsi, qəbul edilmə ərizəsi, tranzit ərizəsi və s. kimi) bu minvalda olan kargüzarlıq işləri üçün 5 dollar (günlük məzənnəyə uyğun) xidmət haqqı hesablanır.

      5. “Daşıyıcı” və “istifadəçi” arasında gizlilik razılaşması

            5.1. Daşıyıcı istifadəçinin www.koliplus.com saytından qeydiyyatdan keçərkən vermiş olduğu məlumatların konfidensiallığını qorumaqla mükəlləfdir.

            5.2. www.koliplus.com facebook ilə qeydiyyat zamanı istifadəçilərin yalnız ad/soyad və email məlumatlarını əldə edir və bu məlumatlar xüsusi olaraq qorunur. Bu məlumatlar yalnız şəxsin kimliyini identifikasiya etmək üçün istifadə olunur. 

            5.3. İstifadəçinin “Sifariş Et” xidməti istifadə edərkən icraçıya göndərmiş olduğu məlumatlar daşıyıcı tərəfindən ictimailəşdirilə bilməz, hər hansı bir formada istifadəçiyə qarşı istifadə edilə bilməz.

            5.3.1 “Sifariş Et” xidmətinin razılaşma şərtləri

            5.4. Daşıyıcı yalnız aşağıdakı hallarda istifadəçinin vermiş olduğu şəxsi məlumatları və alış-veriş datasının istifadə edə bilər:

                - İstifadəçi ilə əlaqə saxlamaq, onu məlumatlandırmaq

                - Yeni xidmətlər, kampaniyalar haqqında istifadəçini məlumatlandırmaq

                - İstifadəçi maraqlarına xidmət edəcək üçüncü tərəflərlə aparılan kampaniyalar zamanı bu barədə məlumatlandırmaq məqsədi ilə

                - Dövlət Gömrük Komitəsinin tələblərinə uyğun olaraq

        6. Şəxsi məlumatların və Hesabın silinməsi

                - Hesabınızın silinmə tələbi üçün [email protected] və ya müraciət göndərin

                - Hesabın silinmə tələbindən sonra www.koliplus.com-da bütün şəxsi məlumatlarınız silinir.

                - Hesabla əlaqəli hər hansı sualınız olarsa Canlı Dəstəyə və ya +994123108775-ə zəng edə bilərsiniz.

       7. Mübahisələrin həlli, Pretenziyalar

              - Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. 

              - İstifadəçi tərəflər arasında yaranan mübahisələrə "KoliPlus" MMC-nin fəaliyyət ünvanına uyğun olan məhkəmələrdə baxılmasına etiraz etmir.