Xidmətlər
Türkiyə, Amerika, Çin, Almaniya, B.Ə.Ə. Dubay, İspaniya və İngiltərədən aşağıdakı xidmətləri veririk
Bağlamaların Daşınması
Azərbaycana gələsi məhsulun var? "KoliPlus" MMC olaraq biz hazırda Türkiyə, Amerika, Çin, Almaniya, B.Ə.Ə. Dubay, İspaniya və İngiltərədən Azərbaycana bağlamaların daşınması xidmətini həyata keçiririk. Bütün öhdəliklərinizi yerinə yetirdiyiniz halda Türkiyədən 3, Amerikadan və Dubaydan 5-7, Çin, İspaniya və Almaniyadan 7-10, İngiltərədən isə 7-14 iş günü ərzində göndəririk! Xüsusi təhlükəli məhsulların göndərişi ilə bağlı müştəri xidmətləri ilə əlaqə saxlayın.
Qoruma Xidməti
Bütün bağlamalarınızı 10% qarşılığında qoruyuruq! Bağlamanız xarici anbarımıza daxil olduqda 10%-ni ödəyərək qoruma xidmətimizdən istifadə edin! Məhsul KoliPlus tərəfindən daşınma zamanı qablaşdırma zərər gördüyü və məhsul zədələndiyi halda məhsulun dəyərini kompensasiya edirik!
Kuryer və Wolt Sifarişi
Anbardan bağlamanı götürməyə vaxtın yoxdur? İndi, kuryer vəya Wolt xidmətimizi istifadə et, bağlamanı birbaşa ünvanına çatdıraq.
Poçt Sifarişi
Yaşadığınız rayonda bizim anbarımız yoxdur? Narahat olmağa dəyməz! Siz sifariş verin, biz bağlamanızı poçt ilə adresinə göndərək!
Bağlama Birləşdirmə Xidməti
50KQ və üzəri bağlamalarda KoliPlus-un bağlama birləşdirmə xidmətindən faydalana bilərsiniz. Faydalanmaq üçün müştəri xidmətlərinə yazın.
Müştəri Xidmətləri
Bizə sualınız var? Bağlamanızla əlaqəli problem yaşayırsınız? Müştəri xidmətləri əməkdaşlarımız sizin suallarınızı cavablamaq və yaşadığınız problemləri operativ şəkildə həll etmək üçün hazırdır.
"Move" Xidməti
Xaricdən Azərbaycana köçərkən şəxsi əşyalarınızı karqo ilə göndərmək istəyirsinizsə, bu "Move" xidmət sizin üçündür. Tələbinizi bizə bildirərək, xüsusi endirimli qiymət alın.