Amerika göndərişləri haqqında məlumatlandırma

15.04.2022

Amerika göndərişləri haqqında məlumatlandırma

Əziz Amerika anbarında bağlaması olan müştərilərimiz! 

Nəzərinizə çatdırırıq ki, Koronovirus pandemiyası səbəbindən Çində tətbiq edilən tam qapanma Amerikadan yükdaşınmalarına da təsir göstərmişdir. 
Amerikadan Azərbaycana yükdaşıma həyata keçirdiyimiz partnyor hava nəqliyyatı şirkətinin 3 təyyarəsi bu səbəbdən Çində qalmışdır. 

Nəzərinizə çatdırırıq ki, 11.04.2022-ci il tarixində Azərbaycana göndərilməsi planlanan bağlamalarınız 18.04.2022-ci il tarixində həyata keçiriləcək uçuşlar göndəriləcək. 

Növbəti ilk reysin isə 28.04.2022-ci il tarixində olacağı gözlənilir. 

Bizdən asılı olmayan səbəbdən yaşanan gecikmə üçün sizdən üzr istəyirik! 

Hörmətlə, 
Koliplus.com

Bütün xəbərlər