Həcmsəl çəki nədir?

15.08.2022

Həcmsəl çəki nədir?
Həcmsəl çəki nədir?
Beynəlxalq hava yolu daşınmalarında ödənişlər daşıyıcı şirkətlərə yükün həcmsəl çəkisi və fiziki çəkisi ayrı-ayrılıqda ölçülərək hansı çəki daha artıqdırsa - ona görə aparılır. Hər hansı bir tərəfinin ölçüsü İngiltərə və Çin bağlamasında 60 sm, Amerika, Almaniya və B.Ə.Ə. bağlamasında 80 sm, Türkiyə bağlamasında isə 100 sm və daha çox olarsa, en, uzunluq və hündürlüyün bir-birinə vurulduqdan sonra alınan nəticənin 6000-ə bölündükdən sonra əldə olunan nəticədir.
 
Əgər bağlamanızın həcmsəl çəkisi fiziki çəkisindən çoxdursa, bağlamanızın daşınma haqqı həcmsəl çəkiyə əsasən təyin olunur.
Tariflərdə kalkulyator bölməsindən asanlıqla daşınma qiymətini hesablaya bilərsiniz.
Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir; Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir. Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir: (En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)
Bütün xəbərlər