Tariflərdə Dəyişiklik
01.04.2026
Hörmətli KoliPlus müştəriləri,
Fəaliyyətə başladığımız ilk gündən etibarən ən böyük prioritetimiz sizə sürətli, təhlükəsiz və büdcənizə uyğun çatdırılma xidməti təqdim etmək olub. Ötən müddət ərzində xidmət keyfiyyətimizi artırmaq və müştəri məmnuniyyətini qorumaq üçün bütün imkanlarımızı səfərbər etmişik.
Bilirsiniz ki, beynəlxalq logistika və hava yolu daşımaları sahəsində zaman-zaman qlobal dəyişikliklər baş verir. Təxminən 1 ay əvvəl tərəfdaş hava yolları şirkətləri mövcud daşıma tariflərini qlobal şəraitə uyğun olaraq yüksəltsələr də, biz KoliPlus olaraq bu artımı sizə yansıtmamaq qərarına gəldik. Sizin büdcənizi düşünərək, son bir ay ərzində yaranan əlavə xərcləri tamamilə öz üzərimizə götürdük və köhnə tariflərimizi standart olaraq saxladıq.
Bununla belə, mövcud bazar vəziyyəti və proqnozlar göstərir ki, yaxın aylarda da hava yolu daşımalarında qiymətlər yüksək olaraq qalmağa davam edəcək. Xidmətimizin kəsintisizliyini, əməliyyatların sürətini və öyrəşdiyiniz yüksək xidmət keyfiyyətini təmin edə bilmək üçün, təəssüf ki, mövcud çatdırılma tariflərimizə 02.04.2026 tarixindən 1$ əlavə etmək məcburiyyətində qalırıq.
Bu qərar yalnız xidmət keyfiyyətimizin eyni səviyyədə qalması və bağlamalarınızın gecikmədən, güvənlə sizə çatdırılmasının davamlılığını təmin etmək üçün atılmış bir addımdır.
Yaranmış bu qlobal logistik vəziyyəti anlayışla qarşılayacağınıza inanır, bağlamalarınızın etibarlı ünvanı olaraq KoliPlus-ı seçdiyiniz və bizə güvəndiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.
Əlavə suallarınız yaranarsa, müştəri xidmətlərimizlə əlaqə saxlamaqdan çəkinməyin. Komandamız hər zaman sizə dəstək olmağa hazırdır.