Vacib Məlumat
20.04.2022
Xaricdən alış-veriş edən, poçtdaşıma xidməti istifadə əziz dostlar!
Biz sizə uzun-uzadı məsləhətlər vermək yerinə həll təklif edirik!
Bir çoxlarınıza məlumdur ki, son günlərdə gömrük yoxlanışlarının uzanmasının səbəblərindən biri də bağlamalarının invoys dəyərlərinin müştərilər tərəfindən gömrüyə düzgün bəyan olunmamasıdır.
Bunun ən başlıca səbəblərindən biri də bağlamaların xarici anbara daxil olma prosesini sürətləndirmək məqsədi ilə daşıyıcı şirkətlər tərəfindən üzərində invoys olmayan bağlamalar üçün təqribi qiymətlərin qeyd olunaraq, bu məlumatların gömrüyə ötürülməsidir.
Əziz müştərilərimiz,
Xarici anbara daxil olarkən qiyməti xarici anbar əməkdaşlarımız tərəfindən yanlış qeyd olunan bağlamalar üçün bağlama "Smart Custom" tətbiqinə bəyan edilməzdən öncə bağlamanın kateqoriyasına və qiymətinə düzəliş edə biləcəyiniz düymə aktivdir.
Bağlamanın dəyəri və ya kateqoriyası tərəfimizdən yanlış qeyd edilmişdirsə, bunun üçün müştəri xidmətlərimizə yazıb, düzəliş gözləmək yerinə bütün bu prosesi siz özünüz həyata keçirə bilərsiniz. Bir düyməyə basaraq bağlamanın dəyərinin və kateqoriyasının Smart Custom tətbiqində düzgün əks etdirə bilərsiniz.
Bağlamaların invoys dəyərinin düzgün bəyan edilməsi gömrük rəsmiləşdirmə prosesini tezləşdirir.