İstifadəçi razılaşması

razılaşmanı oxumanızda fayda var

İstifadəçi Razılaşması

  1. “KoliPlus” MMC (Bundan sonra – “Daşıyıcı” vəya "KoliPlus") Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən “Xüsusi Lisenziya” ilə Azərbaycan Respublikası ərazisində “Sürətli poçt xidməti” vermək və Anbarlama xidməti göstərmək hüququna malikdir.
  2. “İstifadəçi” – www.koliplus.com saytından qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında yaşama hüququna malik xarici ölkə vətəndaşları və Azərbaycan Respublikasında vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdir. “Korporativ” – Azərbaycan Respublikasında vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdir. 
  3. “Daşıyıcı”nın “İstifadəçi” qarşısında daşınma öhdəlikləri       

           3.1. “İstifadəçinin” “Daşıyıcı” partnyorlarının anbarına yönləndirmiş olduğu bağlamaları sistemə daxil edərək, qəbul etmək.

           3.2. “Daşıyıcı” partnyorları tərəfindən Azərbaycana göndərilən yükləri, istifadəçi adından Azərbaycanda qəbul etmək.

           3.3. İstifadəçini “Daşıyıcı” partnyorlarının xarici anbarına çatan bağlamarı üçün təmsil etmək.

           3.4. "Daşıyıcı" xarici anbara məhsul qəbul edərkən yalnız üzərində “fragile” və ya "kırılabilir" etiketi varsa və istifadəçi qoruma xidmətindən istifadə edibsə, bağlamaları açıb, qırılıb-qırılmadığını yoxlayır, qırılmayıbsa xarici anbara qəbul edir.

           3.5. İstifadəçi istəyərsə, bağlama dəyərinin 10%-ni ödəyib bağlama üçün qoruma xidmətindən istifadə edə bilər. Qoruma xidmətindən istifadə edilmiş bağlamadakı məhsul zədəli və ya qırıq gəldiyi hallarda bağlamanın dəyəri sizin "KoliPlus" balansınıza əlavə edilir.

           3.6. “Daşıyıcı” partnyorlarının xarici anbarına yönləndirmiş olan bağlama anbara daxil olduqdan sonra istifadəçini bağlama hərəkətləri barədə "KoliPlus.com" saytı üzərindən məlumatlandırılır.

           3.7. "Daşıyıcı" istifadəçinin bağlaması anbara daxil olduqdan sonra 15 gün ərzində həmin bağlamanı heç bir əlavə ödəniş almadan saxlayır. Anbarda saxlama müddəti 15 günü keçmiş bağlamalar üçün 15 gündən sonrakı hər gün üçün 0.50 AZN olmaqla istifadəçidən anbarda saxlama xərci alınır.

           3.8. 2 ay ərzində "KolİPlus" anbarlarından təhvil alınmayan bağlamalar birmənalı olaraq "daşıyıcı" şirkətin sərəncamına keçir və geri qaytarılması mümkün olmur.

           3.9. "Daşıyıcı" 1 gün öncədən "koliplus.com" vebsaytında məlumat paylaşaraq daşınma qiymətlərində, şərtlərdə və xaricdəki ünvanlarda dəyişiklik edə bilər.

           3.10. Xaricdən göndərilmiş bağlama gömrük yoxlanışı zamanı hər hansı bir səbəbdən saxlanıldığı halda daşıyıcı hər hansı bir məsuliyyət daşımır. 

           3.10.1. Xarici ölkə anbarlarında baş verəcək hər hansı cinayət, fövqal hal və ya dələduzluğ hallarında "KoliPlus" MMC məsuliyyət daşımır, amma istifadəçilərin bağlamalarını qorumaq üçün lazımı hüquqi tədbirləri görür.

           3.11. Müraciətiniz əsasında "KoliPlus"dakı balansınızın kartınıza çıxarışı 30 iş gününə qədər çəkə bilər.

           3.12. Maye, kosmetik, kimyəvi təmizləyici, qida əlavəsi, batareyalı və s. tipli məhsulların göndərişi xüsusi tariflərlə hesablanır və xüsusi reyslə həyata keçirilir. "Tariflər" və "Xidmətlər"  bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

      4. “İstifadəçinin” “Daşıyıcı” qarşısında öhdəlikləri

           4.1. İstifadəçi daşıyıcının anbarına yönləndirdiyi məhsul haqqında "www.koliplus.com" saytında bəyannamə əlavə etməlidir. Bəyannamə əlavə edərkən aşağıdakı məlumatları düzgün formada qeyd etmək istifadəçinin məsuliyyətindədir.

                  - Məhsulun dəyəri
                  - Məhsulun kateqoriyası
                  - Məhsulun adı
                  - Satıcı və ya Mağaza adı
                  - Xarici karqo şirkəti tərəfindən verilən izləmə nömrəsi
                  - Məhsulun invoysu

            4.2. İstifadəçinin daşıyıcı şirkətin anbarına yönləndirmiş olduğu bağlama “Xarici Anbarda” statusu aldıqdan sonra bağlamanın Azərbaycana göndərilməsi üçün bağlama haqqında məlumatlar istifadəçi tərəfindən Dövlət Gömrük Komitəsinin “Smart Customs” adlı mobil tətbiqetməsinə və ya "www.e.customs.gov.az" saytına daxil olaraq bəyan edilməlidir. İstifadəçi bilməlidir ki, Dövlət Gömrük Komitəsinə bəyan edilməmiş məhsulların Azərbaycana göndərilməsi həyata keçirilmir.

            4.3. İstifadəçi tərəfindən daşıyıcının xarici anbarına göndərilmiş məhsul “qırılan” məhsuldursa, bağlamanın üzərində “qırılan” (fragile) etiketi yoxdursa və qoruma xidmətindən də istifadə edilməyibsə, məhsulun daşınması zamanı daşınan məhsula zərər gələrsə, bunun məsuliyyətini istifadəçi daşıyır.

            4.4. Üzərində “fragile” etiketi olan və qoruma xidmətindən istifadə edilən bağlamalar təhvil alındığı zaman daşıyıcının ofisində açılmalı, əgər qırıq varsa, daşıyıcının nümayəndəsinin də iştirakı ilə aktlaşdırılmalıdır. Əks halda bütün məsuliyyət istifadəçiyə şamil olunacaq.

            4.5. Daşıyıcının yerli anbarına daxil olmuş bağlamalar 15 gün ərzində yerli anbardan təhvil alınmalıdır. Təhvil alınmadığı təqdirdə hər sonraki gün üçün 0.50 AZN anbarda saxlanma xərci hesablanır və daşınma haqqı ilə birlikdə anbarda saxlanma xərcinin də ödənməsi istifadəçinin öhdəliyindədir.

            4.6. İstifadəçinin özü tərəfindən sifariş verilərək xarici anbara yönləndirilmiş məhsulların keyfiyyətindən, rəngindən, ölçüsündən heç bir halda daşıyıcı məsul tutula bilməz.

            4.7. Müştəri sorğularının araşdırılma müddəti 30 iş günüdür, problemdən asılı olaraq əlavə məlumat verilərək vaxt 60 iş gününədək uzana bilər. 

            4.8. Daşınması qadağan olunan məhsullar daşıyıcının xarici anbarına göndərilərsə, bu məhsulların Azərbaycana göndərişi həyata keçirilmədiyi istifadəçi tərəfindən bilinir və bu məhsulların daşıyıcının balansına keçəcəyi qəbul edilir.

            4.9. "KoliPlus" MMC tərəfindən itirildiyi sübuta yetirilib aktla təsdiq edildikdən sonra  bağlamanın kompensasiyası 60 iş günü ərzində həyata keçirilir. Kompensasiya prosesi eyni dəyərdə və ya dəyərinə yaxın əvəzləyici məhsulla, yaxud "KoliPlus" daşınma balansının artırılması şəklində baş tutur. İtən malın dəyəri müştərinin "KoliPlus" hesabında bəyan etdiyi məbləğ nəzərdə tutulmaqla kompensasiya edilir. 

           4.10. İstifadəçi bağlamasının itdiyini və ya itirildiyini iddia edərsə, mütləq şəkildə bağlamanın "KoliPlus" MMC-nin partnyor xarici anbarı tərəfindən təhvil alındığına dair imzalı sübut sənədini təqdim etməlidir. (Buna Ingilis dilində "Proof of Delivery with Signature", Türk dilində isə "Islak İmzalı Tutanak" sənədi deyilir)
           4.11. İstifadəçi "KoliPlus" MMC və xaricdəki partnyorlarının anbarına daxil olan bağlamalarda yoxlanış keçirilməsinə və yenidən paketlənməsinə (birləşdirilməsinə, qutuların kiçildilməsinə) icazə verdiyini qəbul edir.

           4.12. Hər hansı bir tərəfinin ölçüsü İngiltərə və Çin bağlamasında 60 sm, Amerika, Almaniya və B.Ə.Ə. bağlamasında 80 sm, Türkiyə bağlamasında isə 100 sm və daha çox olarsa, bağlamanın çəkisi həm həcm, həm də fiziki çəkisi ilə hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır.(Həcmi çəki hesablanma qaydası: en*uzunluq*hündürlük/6000*daşınma qiyməti)

           4.12.1. Bağlamanın çəkisindən və ya ölçüsündən şübhələnildiyi təqdirdə "KoliPlus" MMC və xaricdəki partnyorlarının anbarlarında yenidən ölçülüb çəkilə bilər. Bu halda ödəniş yenidən hesablanılır. 
           4.12.2. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.

           4.13. Soyadınızın sonuna "Koli" və "Address Line2" hissəsini alış-veriş etdiyiniz saytda qeyd etməyiniz mütləqdir! Əgər onlayn mağazada "Address Line2" hissəsi yoxdursa, müştəri kodunuzu "Address Line1" və "apt/suit" hissəsinə qeyd etməyinizi xahiş edirik. Əks halda bağlamanızın sistemə əlavə edilmə müddəti gecikə, hətta itə bilər.

           4.14. "KoliPlus" hesabınıza sizə aid olmayan bağlama daxil edilibsə, bu barədə mütləq "KoliPlus" müştəri xidmətlərinə məlumat verilməlidir. Əgər sizə aid olmayan bağlamanı Smart Customsda saxta məlumatlarla bəyan edib idxal etsəniz, "KoliPlus" MMC məlumatlarınızla birlikdə hüquq mühafizə orqanlarına müraciət edib, bağlamanı sizdən geri tələb edəcək. İstifadəçi ona aid olmayan bağlamanı və ya dəyərini 3 gün içərisində "KoliPlus" MMC-yə qaytarılmalıdır.

            4.15. Əgər hər hansı səbəbdən bağlama xüsusi təhlükəsizlik və ya gömrük orqanları tərəfindən saxlanılarsa və ya nəzarətə götürülərsə, istifadəçi o bağlamaya aid Azərbaycana daşınma xərcini 5 gün ərzində "KoliPlus" MMC-yə ödəməlidir.
            4.15.1. Gömrükdə saxlanılmış və ya müsadirə edilmiş bağlamalardan yaranacaq digər xərclər İstifadəçinin öz məsuliyyətindədir.
            4.15.2. İstifadəçinin ödənməmiş bağlaması və ya borcu olarsa digər bağlamaları borc ödənilməyənədək təhvil verilmir.
            4.15.3. İstifadəçi xarici partnyor anbardan bağlamasını götürmək istərsə, bağlamaya aid anbarda məhsulu qəbul edib, sistemə işləmə və "label" çıxarma xidmət haqqı ödənməlidir. Bu xidmət 1KG üçün 3$ təşkil edir. 
            4.16. Korporativ (VÖEN-lə qeydiyyatdan keçən) müştərilər üçün 10Kg-dan aşağı gətirilən yüklər üçün əlavə 19$ barkod xidmət haqqı hesablanır.
            4.16.1. Korporativ müştərilərdə daşınma xidməti Azərbaycan respublikasının gömrüyünə qədər təşkil edir. Gömrükdən çıxarılma və rəsmiləşdirilmə xidməti korporativ müştərin öz məsuliyyətindədir.
            4.17. Etik normalara riayət etməyən müştərilərə xidmət dərhal dayandırılır və hesabı "KoliPlus" platformasında bloklanılır.
            4.17.1 İstifadəçi daşıyıcı partnyorlarınlarının anbarına yönləndirdiyi məhsullara görə özü məsuliyyət daşıyır.
            4.18. "KoliPlus" MMC-dən istənilən xüsusi əmək tələb edən işlərə (hər hansı addan ada keçirmə ərizəsi, anbardan çıxarış ərizəsi, qəbul edilmə ərizəsi, tranzit ərizəsi və s. kimi) 5 dollar (günlük məzənnəyə uyğun) xidmət haqqı hesablanır.

      5. “Daşıyıcı” və “istifadəçi” arasında gizlilik razılaşması

            5.1. Daşıyıcı istifadəçinin "www.koliplus.com" saytından qeydiyyatdan keçərkən vermiş olduğu məlumatların konfidensiallığını qorumaqla mükəlləfdir.

            5.2. "www.koliplus.com" facebook ilə qeydiyyat zamanı istifadəçilərin yalnız ad/soyad və email məlumatlarını əldə edir və bu məlumatlar xüsusi olaraq qorunur. Bu məlumatlar yalnız şəxsin kimliyini identifikasiya etmək üçün istifadə olunur. 

            5.3. İstifadəçinin “Sifariş Et” xidməti istifadə edərkən icraçıya göndərmiş olduğu məlumatlar daşıyıcı tərəfindən ictimailəşdirilə bilməz, hər hansı bir formada istifadəçiyə qarşı istifadə edilə bilməz.

            5.3.1 “Sifariş Et” xidmətinin razılaşma şərtləri

            5.4. Daşıyıcı yalnız aşağıdakı hallarda istifadəçinin vermiş olduğu şəxsi məlumatları və alış-veriş datasının istifadə edə bilər:

                - İstifadəçi ilə əlaqə saxlamaq, onu məlumatlandırmaq

                - Yeni xidmətlər, kampaniyalar haqqında istifadəçini məlumatlandırmaq

                - İstifadəçi maraqlarına xidmət edəcək üçüncü tərəflərlə aparılan kampaniyalar zamanı bu barədə məlumatlandırmaq məqsədi ilə

                - Dövlət Gömrük Komitəsinin tələblərinə uyğun olaraq

        6. Şəxsi məlumatların və Hesabın silinməsi

                - Hesabınızın silinmə tələbi üçün "[email protected]" və ya müraciət göndərin

                - Hesabın silinmə tələbindən sonra "www.koliplus.com"-da bütün şəxsi məlumatlarınız silinir.

                - Hesabla əlaqəli hər hansı sualınız olarsa Canlı Dəstəyə və ya +994123108775-ə zəng edə bilərsiniz.

       7. Mübahisələrin həlli, Pretenziyalar

              - Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. 

              - İstifadəçi tərəflər arasında yaranan mübahisələrə "KoliPlus" MMC-nin fəaliyyət ünvanına uyğun olan məhkəmələrdə baxılmasına etiraz etmir.