Türkiyə ünvanımız dəyişmişdir

21.01.2025

Türkiyə ünvanımız dəyişmişdir

Hörmətli KoliPlus müştəriləri,
Sizlərə daha yaxşı xidmət verməyimiz üçün daha böyük anbara keçid edirik.
Məhz bu səbəbdən Türkiyə ünvanımız dəyişmişdir.
Xahiş edirik yeni sifarişləri yeni ünvanımıza göndərəsiniz.

22.01.2025 tarixindən sonra verilən sifarişlər yalnız yeni anbarımızda qəbul ediləcəkdir.

Sual 1: Mən sifarişim karqoya 22.01.2025 tarixində və ya əvvəlcədən verilib taleyi necə olacaq?
Cavab 1: Narahatçılığa əsas yoxdur. Sifarişinizin ünvanını dəyişə bilirsinizsə dəyişin, əgər dəyişə bilmirsinizsə bağlama bizə çatdığında sistemə normal qaydada işlənəcək.

Sual 2: Köhnə ünvana verdiyim sifarişdə adres dəyişikliyi etmək olmur, yalnız sifarişi ləğv etmək olur, nə edim?
Cavab 2: Sifarişi ləğv edib, təkrar yeni ünvana sifariş edin.

Sual 3: Köhnə anbar ünvanına olan sifarişi dəyişə bilmirəm, ləğv edə də bilmirəm, bağlamamım aqibəti necə olacaq?
Cavab 3: Bağlama bizə çatdığında sistemə normal qaydada işlənəcək.

Sual 4: Köhnə anbar hansı tarixədək işləyəcək və sonra nə olacaq?
Cavab 4: Yanvarın 31-nədək anbarda məsul əməkdaş olması nəzərdə tutulur. 

Sual 5: Ünvanı niyə dəyişdiniz? Gül kimi köhnə anbara sifariş verirdik
Cavab 5: 5 ildir ki, eyni anbar ünvanını istifadə edirik. İnkişaf üçün yeniliklər və dəyişikliklər vacibdir.

Sual 6: Niyə əvvəlcədən xəbər vermirsiniz?
Cavab 6: 21.01.2025 tarixində sayt bildirişi ilə bütün müştəriləri xəbərdar etmişik.

Sual 7: Yeni Türkiyə ünvan məlumatlarını necə əldə edim?
Cavab 6: Hesabınızdakı Xarici Ünvanlarım bölməsindən Türkiyəni seçin.

Tariflər barədə məlumatı bu linkdən əldə edə bilərsiniz 
Nəzərinizə çatdırırıq ki, Türkiyə bağlamalarında 80sm və üzəri bağlamalar həcmsəl çəki ilə hesablanır. 

Bütün xəbərlər